Əlaqə Arxiv
news Image
2014.02.18
16:50
| A A A
Bu gün Dünya böyük təhlükədən xilas oldu!

Çox deyil , bir neçə saat əvvəl səhərə qarşı , Bakı vaxtı ilə 6 radələrində 2000 EM26 adlı , 270 metr diametrindəki meteorit , saatda 43.450 kilometr sürətlə planetimizi sıyırıb keçib. Yerin 2,6 milyon km uzağından ( Ay ilə uzaqlığımızın 8,8 qatı ) keçəcəkdi. Bu səbəblə bir çox mütəxəssis tərəfindən "potensial təhlükə"olaraq da şərh olundu.


Movqe.Az xəbər verir ki, gecə yarısını keçdikdən az sonra , 2:09-da  "Slooh"un saytında geriyə saymağa başlandı. Meteoritin keçişi canlı olaraq yayımlanacaqdı və vasitədə vəzifə alan astronomlardan Bob Berman bunları deyirdi:


"Təxminən hər əsrdə bir meteorit Yerə zərər verəcək bir şəkildə toqquşub. Bunu 20 İyun 1908-ci ildə və 13 Fevral 2013-cü ildə də gördük. Hər bir neçə əsrdə bir daha da böyük meteoritlər Yerlə toqquşur. Bu ümumiyyətlə Dünyanın böyük hissəsini örtən okeanlara və ya Antarktika kimi insansız yerlərə düşər . Bütün biosfer dəyişdirəcək ölçüdə bir toqquşma az bir ehtimal olsa da , hər zaman var". 

 


Sizin Reklam Yeriniz