Əlaqə Arxiv
news Image
2014.02.19
15:30
| A A A
PS4 satışları 5 milyonu keçdi

Sony-nin dekabr ayında Türkiyəyə gətirdiyi PlayStation 4 oyun konsolu 5 milyonluq satış rəqəmini də geridə qoyub. 


Sony-nin mövzuyla əlaqədar edilən şərhdə, mart ayının sonuna qədər 5 milyon PlayStation 4 satmağı hədəflədiyi , elə lakin 8 fevralda bu hədəfin 5.3 milyonu keçdiyi deyilib. Beləcə Sony gözlədiyindən çox müvəffəqiyyət əldə etmiş olub. 


Movqe.Az xəbər verir ki, 29 noyabr tarixində ABŞ, Qərbi Avropa, Latın Amerikası və digər bəzi Asiya ölkələrində satışa təqdim edilən PS4-ün əksinə Microsoftun Xbox One oyun konsolu geridə qalır. Şirkət yanvar ayında etdiyi şərhdə Xbox One-ın 3 milyondan az satış etdiyini açıqlamışdı.


Ölkəmizdə də böyük həvəslə  alınan PlayStation4-ün satış qiyməti 699 manat civarındadır.

Sizin Reklam Yeriniz