Əlaqə Arxiv
news Image
2014.02.22
17:08
| A A A
Çində ikinci uşağa icazə verildi

Çindən 30 ildir gözlənilən addım gəldi. Paytaxt Pekində 30 ildir icra edilən tək uşaq siyasəti qüvvədən qalxdı. 


1 milyard 300 milyon vətəndaşıyla dünyanın ən çox əhalisi olan ölkəsi Çində ailələrin iki uşaq dünyaya gətirməsinə şərtli icazə verilib. 


Movqe.Az xəbər verir ki, Pekin xalq məclisindən keçən qərara görə Pekin əhalisi olan ailələr ikinci uşağı dünyaya gətirə biləcək. 



Ancaq yeni tənzimləmənin də bəzi şərtləri var. İlk şərt valideynlərdən birinin tək uşaq olması, ikinci şərt iki doğum arasında ən az 4 il olması və ya ananın ən az 28 yaşında olmasıdır.

Sizin Reklam Yeriniz