Əlaqə Arxiv
news Image
2012.06.11
17:09
| A A A
Sınaqdan belə çıxarıldılar

Movqe.Az bildirir ki, "Samsung Galaxy S3" və "Apple iPhone 4"ü beton yerə atdılar və baxın nəticə necə olub.

Biz telefon və həblərin yerə atılmasına, lavaya batırılmasına daha əvvəl şahid olmuşuq. Bu dəfə isə zəmanət servisi "SquareTrade", yeni "Galaxy S3"ü və "iPhone 4"ü betona ataraq hansına daha çox ziyan dəydiyini sınaqdan keçirdib.

Testdən iki telefon da qalib çıxa bilməyib. Eyni yüksəklikdən eyni vaxtda yerə buraxılan iki mobil telefonun ekranı əməlli-başlı çatlayıb. İki tərəfi şüşə ilə örtülməsinə baxmayaraq, "iPhone 4"ün "Galaxy S3"dən az çatlaması diqqətləri çəkib. Təbii ki, telefonlara dəyən ziyanda onların yerə təmas etdiyi nöqtənin də əhəmiyyəti böyükdür.

Bu testlər bizə bir dəfə daha göstərir ki, "Gorilla Glass"ımıza çox güvənməməli, mobil telefonlarımızı yerə salmamağa diqqət yetirməliyik.

Sizin Reklam Yeriniz