Əlaqə Arxiv
news Image
2014.02.24
15:52
| A A A
Bu da Samsung Galaxy Gear 2 Neo!

Hələ Apple başda olmaqla bir çox texnologiya nəhəngi ilk ağıllı saatını belə ortaya çıkaramamışkən  Samsung "Galaxy Gear"ın ikinci modelini tanıdıb.

 

Movqe.Az xəbər verir ki, Galaxy Gear 2 və Galaxy Gear 2 Neo adını daşıyan iki fərqli ağıllı saatını tanıdan Cənubi Koreya mərkəzli texnologiya nəhəngi Samsung beləcə bu gün başlayan Mobil Dünya Konqresinə bir gün əvvəldən damğasını vurmağı bacarıb.

 

1.63 düymlük ekrana sahib olan Galaxy Gear 2 və Galaxy Gear 2 Neoda 1 GHz cüt nüvəli prosessor , 4 GB yaddaş mövcuddur.

 

512 MB RAM , infraqırmızı , S- Voice və ürək atış sensoru kimi xüsusiyyətləri də mövcud olan saatların başqa əhəmiyyətli xüsusiyyəti isə Samsungun bu saatlarında öz əməliyyat sistemi Tizeni istifadə etməsidir.

 

2014-cü ilin aprelində satışa təqdim edilməsi gözlənilən saatların Azərbaycana, nə vaxt və hansı qiymət aralığında gələcəyi isə hələlik bilinmir.

Sizin Reklam Yeriniz