Əlaqə Arxiv
news Image
2012.06.11
17:24
| A A A
Kimin internet şifrəsi daha güclüdür?

Movqe.az xəbər verir ki, İnternetdə istifadə etdiyimiz şifrələr haqqında maraqlı tədqiqat aparılıb. Bildiyimiz kimi şifrələr internetdə əhəmiyyətli məlumatların qorunması üçündür. Buna baxmayaraq, insanların əksəriyyəti öz e-mail və ya bank hesablarını qorumaq üçün hələ də "123456" kimi asan ələ keçirilə bilən şifrələrdən istifadə edir. Kambric Universitetinin komputer mütəxəssisi Cozef Bonneaunun apardığı araşdırmaya görə müəyyən olunub ki, 13-34 yaşlı insanların şifrə seçimləri bir-birinə daha yaxın olduğu halda, 35-44, hətta 45-54 yaşlı insanların seçdikləri şifrələr daha "qüvvətli" olub. Bonneau onu da müəəyən edib ki, şifrə seçimlərində dil variantının da mühüm rolu olur. Alman və Koreya dillərində qoyulan şifrələr daha çətin tapılır. Bunun əksinə, İndoneziya dilində qoyulan şifrələr daha "zəif"olur. Araşdırmanın diqqət çəkən maraqlı nöqtələrindən biri də qadınların kişilərə nisbətən daha qüvvətli şifrələr qoyması faktı olub.

Sizin Reklam Yeriniz