Əlaqə Arxiv
news Image
2014.02.26
13:09
| A A A
Qəzet homoseksuallar siyahısını yayımladı

Uqandada eynicinslilərə qarşı qüvvəyə minən sərt qanunu bütün dünya danışarkən bu dəfə ölkədəki bir qəzet homoseksual olduğunu iddia etdiyi kəslərin ad siyahısını yayımlayıb. 


Movqe.Az xəbər verir ki, "Red Pepper" adlı Uqanda qəzeti , beynəlxalq sahədə böyük etiraz göstərilən qanunun müzakirələri davam edən bir vaxtda, " Maskaları düşdü" başlığıyla , homoseksual olduqlarını qiddia etdikləri  təxminən 200 nəfərin adını yayımlayıb və bir sıra şəxslərə aid fotoşəkillər istifadə edərək , cinsi seçimlərinə yönəlmiş ittiham edici xəbərlərə yer verib.

 Uqanda prezidenti Yoveri Museveninin imzaladığı qanuna beynəlxalq reaksiyalar gəlməyə davam edir.


Hollandiya , Ugandaya ödədiyi illik 7 milyon avroluq maliyyə köməyini dondurduğunu açıqlayıb. Danimarka və Norveç də ölkəyə ödədikləri maliyyə köməyini kəsib, təxminən 6 milyon avronu yardım və insan hüquqları təşkilatlarına ödəyəcəyini açıqlayıb.


Uqandada , homoseksuallığı cinayət sayan və ömür boyu həbs cəzası verilməsini nəzərdə tutan qanun bazar ertəsi günü bütün tənqidlərə baxmayaraq Dövlət Başçısı Musevetərəfindən imzalanaraq qüvvəyə minmişdi. Ölkədə homoseksuallara həddindən artıq ayrı-seçkilik edildiyi bildirilir.



Daha əvvəl də başqa bir qəzet homoseksual olduğunu iddia etdiyi şəxslərin adlarını və fotoşəkillərini xəbər başlığı olaraq "Asın onları" ifadəsini istifadə etmişdi.



Sizin Reklam Yeriniz