Facebook: "Mərhumun facebookuna hörmət edək"
Facebook , bəlkə də bu günə qədər etdiyi ən maraqlı dəyişikliklərdən birini edib!
Facebook , vəfat edən istifadəçilər haqqındakı qaydalarda dəyişiklik edib.
Movqe.Az xəbər verir ki, Facebookun əvvəlki qaydalarına görə , vəfat edən bir istifadəçinin yaxınları müraciət etdikdə istifadəçinin hesabı "xatirə hesabı" na çevrilirdi, ancaq gizlilik nizamı avtomatik olaraq yalnız yoldaşlarının görəcəyi şəkildə dəyişdirilirdi. Facebook indi bu tətbiqdən imtina edir , gizlilik parametrlərinin istifadəçinin qoyduğu kimi qorunacağını açıqlayıb. İstifadəçinin nizamlamış olduğu gizlilik nizamının onun seçimi olduğunu və buna hörmət etmək lazım olduğunu deyən Facebook artıq xatirə hesablarındakı gizlilik parametrlərinə toxunmayacaqlarını deyib.