Əlaqə Arxiv
news Image
2014.02.28
16:24
| A A A
Yanukoviç Rusiyayada göründü

Ukrayna keçmiş prezidenti Viktor Yanukoviçin Rusiyanın cənub bölgəsindəki hərbi hava limanına hərbi təyyarələr müşayətində cümə axşamı günü gəldiyi iddia edilib.


Rus yerli mətbuatın iddiasına görə Viktor Yanukoviç bu gün Rusiyanın cənub-qərb bölgəsi Roston-on-Don  şəhərində yerli saatla 17.00 radələrində mətbuat konfransı keçirəcək.


DonInformBuro Alyaska xəbər agentliyi Yanukoviçi daşıyan təyyarəyə , döyüş təyyarələrinin müşayət etdiyini yazıb.

 Agentlik , "Döyüş təyyarələrinin gurultulu uçuşları şəhər üzərində yarım saat qədər eşidilib" məlumatını bildirib.


 Yanukoviç , özünün hələ də qanuni prezident olduğunu deyir. 



Baş nazir Dmitir Medvedev , Kiyevdə vəzifəyə gələn yeni rəhbərliyin hökuməti  mübahisəli olduğunu desə də , Putin hələ də bir  şərh verməyib.


Movqe.Az xəbər verir ki, Ukraynanın avtonom bölgəsi Krım parlamenti dünən aldığı qərarla Rusiya Birlik Partiyası lideri Serhiy Aksenovu hökumət başçısı olaraq seçib. Aksenov da Yanukoviçi qanuni prezident olaraq tanıdıqlarını açıqlayıb. Parlament aldığı qərarla 25 Mayda ediləcək referendumla daha çox muxtariyyət üçün seçki keçirəcək.

Sizin Reklam Yeriniz