Əlaqə Arxiv
news Image
2014.03.04
19:12
| A A A
30 min il sonra yenidən dirildi

Elm adamları , 30 min il müddətində buzlaq təbəqəsinin altında yuxuda olan bir virusu yenidən həyata qaytarmağı bacarıb.


Sibirdə 30 metrlik bir buz layının altında donmuş olaraq tapılan virusun , həyata qayıtdıqdan sonra yenidən yoluxucu hala gəldiyi açıqlanıb.


Fransadakı Aix- Marseille Universitetindəki Elmi Araşdırma Mərkəzindən professoru. Jean -Michel Claverie , "Bu qədər uzun müddətdən sonra hələ yoluxucu  bir virusu ilk dəfə görürük " deyib.


Claverie , virusun insanlar və ya heyvanlar üçün hər hansı bir təhlükə meydana gətirmədiyini , yalnız tək hüceyrəli orqanizmlər təsir etdiyini söyləyib.


Virusun , varlıqları qısa bir müddət əvvəl kəşf edilən nəhəng viruslar sinifinə aid " Pithovirus sibericum " olduğu təyin olunub.


Nəhəng viruslar , digərlərindən fərqli olaraq mikroskopla görülə biləcək qədər böyükdür.


Təxminən 1,5 mikrometre uzunluğundakı virusun , indiyə qədər olan ən böyük virus olduğu qeyd edilib.


Araşdırma , " Proceedings of the National Academy of Sciences" jurnalında nümayiş olunub.

Sizin Reklam Yeriniz