Əlaqə Arxiv
news Image
2014.03.05
15:02
| A A A
Googlenin 8 surpriz yumurtası

Googledə edə biləcəyiniz bu xüsusi axtarışlar , digərlərinə çox bənzəmir.


Texnologiya əyləncəli olduğu qədər soyuq , duyğusuz bir fakt. Ancaq nəticədə o da insanların əlindən çıxır. İnsanların olduğu yerdə isə təbii ki bir miqdar yumordan qaçmaq çətindir. Yaradıcılar ,  üzərində çalışdıqları məhsullarının kodlarının içərisinə , kiçik , əyləncəli zarafatlar , yəni sürpriz yumurtalar yerləşdirirlər. Bu yazımızda Googledəki ən əyləncəli 8 sürpriz yumurtanı bir araya gətirdik. Movqe.Az bunları sizə təqdim edir.


Recursion

Təkrarlama mənasını verən bu sözü axtardıqda ən üstdə "Bunu demək istəyirdiniz ? "Recursion" tövsiyəsini görəcəksiniz. Yəni Googledə " recursion " sözünü arattığınızda sonsuz bir döngəyə girməyə hazır olmalısınız.


Tilt / Askew

Bu sözlərdən birini axtardıqda səhifənin bir neçə dərəcə döndüyünü görəcəksiniz.


Tənha rəqəm

Google "the loneliest number" axtarışını etdikdə Google kalkulyatorun açıldığını və ekranında 1 yazdığını görəcəksiniz.


Atari Breakout oynayın

Googlenin vizual axtarış səhifəsini açın və Atari Breakout sözlərini axtarın . İlk başda hər zamanki kiçik şəkilləri görəcəksiniz. Bir neçə saniyə gözləyin. Brauzer içindən oynaya Breakout qarşınızda olacaq.


Harlem Shake edin

Harlem Shake , ötən il YouTube-u silkələmiş , bir çox istifadəçinin ev istehsalı videolarını saytda bölüşmüşdü . Bəs, YouTube , Harlem Shake üçün nə etdi? YouTubenin axtarış qutusuna "do the Harlem Shake " yazın və görün.


Klinqon dili danışa bilirsinizmi ?

Googlenin parametrlər səhifəsini açın və seçimlərə göz atın. Googledən pirat dilində danışmasını istəyə və ya dili Klinqon olaraq nizamlayıb " latlh " a basaraq kəşfə çıxa bilərsiniz.


1998 Google

1998-də qurulan Googlenin ilk halı , əlbəttə bu günkündən olduqca fərqli görünürdü. Necə olduğunu görmək istəyirsiniz? Onda "Google in 1998 " yazın və axtarın. (Axtarışı İngilis dilli Google-də edin).


TARDIS-ə addım atın

Doctor Who ardıcılları , Google Maps-dəki Street View Mode-u istifadə edərək TARDIS-ə girə bilərlər.

Sizin Reklam Yeriniz