Əlaqə Arxiv
news Image
2014.03.06
11:40
| A A A
Galaxy S4 üçün Android Kitkat yeniləməsi gəldi

Samsungun məşhur ağıllı telefonu Galaxy S4 ,  Android 4.4.2 Kitkat versiyasını yeniləyib. 

Movqe.Az xəbər verir ki, Cənubi Koreyalı texnologiya nəhəngi Samsungun 2013-ci ilin admiral gəmisi Galaxy S4 üçün gözlənilən Kitkat aktuallaşdırması yayımlandı. 

424 MB ölçüsündəki yeniləmə , istifadəçilərə Kitkatın bütün yeniliklərilə yanaşı , sabitlik  və gözlə görülən sürətlənmə təqdim edir.


Galaxy S4-ün Snapdragon prosessorlu modelləri üçün təxminən 1 ay əvvəl yeniləmə yayımlanmışdı , Exynos prosessorlu modellər üçün isə tezliklə yayımlanacağı deyilmişdi. Belçika , Hollandiya , Yunanıstan və Polşa kimi Avropa ölkələri ilə bərabər gələn yeniləmə , tezliklə bütün cihazlar üçün yüklənilə biləcək.

Cihazınızın yeniləmə alıb almadığını nəzarət etmək üçün Parametrlər> Proqramlar Updates hissəsinə baxa bilərsiniz.

Sizin Reklam Yeriniz