Əlaqə Arxiv
news Image
2012.06.13
16:19
| A A A
Bakı 49-cu sırada

Movqe.Az bildirir ki, "Cost of Living Survey 2012"nin nəticələrinə görə,  2012-ci ilin ən bahalı şəhərləri Anqolanın paytaxtı Luanda, Tokio və Osaka olub. Bakı isə ən bahalı şəhərlər içərisində 49-cu sırada yer alıb.

"Mercer Human Resource"nin 214 şəhərdə reallaşdırdığı və hər şəhərdə iqamətgah, nəqliyyat, yemək, geyim, ev əşyaları və əyləncə də daxil olmaqla 200-dən çox müqayisə apararaq xərclərin araşdırma nəticələrinə görə, 2012-ci ilin ən bahalı şəhərləri sırasında ilk sıraları Luanda, Tokio və Osaka tutub.

Moskva və Cenevre 4-cü və 5-ci olaraq keçən ilki yerlərini qoruyarkən, Bakı keçən ilə görə bahalı şəhərlər siyahısında bir sıra geriləyərək 49-cu sırada yer alıb.

Keçən ilki araşdırmada 70-ci sırada iştirak edən İstanbul isə, bu il 79-cu sırada yer alaraq "daha ucuz" bir şəhər olaraq siyahıda iştirak edib.

33-cü sıradakı Nyu York Amerikanın ən bahalı şəhəri olmağa davam edərkən, Los Anceles 68-ci,  San Fransisko 90-cı sırada yer alıb.

Keçən il 108-ci sıradakı Vaşinqton bu il 107-ci sıraya çıxıb. ABŞ dollarının dəyər qazanması ilə Amerikada bir çox şəhərin sıralamada irəliləməsi təsbit edilib.

Sizin Reklam Yeriniz