Əlaqə Arxiv
news Image
2014.03.11
15:31
| A A A
Bu proqramı telefonunuza yükləməyin!

"Google Play"də yerləşən bu tətbiqi yükləmisinizsə, başınız böyük bəladadır. 


Movqe.Az xəbər verir ki, Google Playdəki bir gecə görüntü kamerası tətbiqinin , istifadəçilərin telefon xəttlərini və hətta kontakt siyahısındakı insanların telefon nömrələrini istifadə edərək bu insanları ödənişli SMS xəttlərinə abunə etdiyi və telefon qəbzlərini şişirərək insanların ciblərindən yüklü miqdarda pul çəkdiyi aydın olub.


Təhlükəsizlik firması AVAST-ın etdiyi təsbit görə Camara Vision Nocturna adlı tətbiq telefonun kamerası ilə gecə  fotoşəkillər çəkməyin mümkün olduğunu iddia edərək telefonlara yerləşir. Bu mərhələdən sonra isə istifadəçiləri və kontakt siyahısındakı telefon nömrələrini istəkləri olmadan ödənişli SMS xidmətlərinə abunə edir. Əlbəttə bu xidmətlər , hakkerlərin qurmuş olduğu və dünyanın fərqli ölkələrindəki xidmətlərdir.



Sizin Reklam Yeriniz