Əlaqə Arxiv
news Image
2014.03.11
17:49
| A A A
Çingiz Xanla bağlı şok iddia

ABŞ-dakı Qərbi Vircinia Universitetinin elm adamları , Monqol İmperatoru Çingiz Xanın 13-cü yüzilliyin əvvəlindəki yüksəlişinə "o zamankı yaxşı havanın kömək etmiş ola biləcəyini" açıqlayıb.

Elm insanlarına görə , Çingiz Xanın Avropadan Asiyaya qədər uzanan , dünya tarixinin ən böyük imparatorluqlarından birini quramasına o dövrdəki yağışlı və mülayim havanın təsiri ola bilər.

 Moğolistandakı antik ağaclar üzərindəki halqaların araşdırılması nəticəsində , Çingiz Xanın yüksəlişinin o dövrdə min ildən uzun müddətdir görülən ən yumşaq və yağışlı hava şəraitinə təsadüf etdiyi kəşf edilib.

Yağışlı havayla otlar daha tez böyüdü və döyüş atlarına yem təmin etdi.

 Araşdırmaya görə daha əvvəlki dövrdə xüsusilə 1180-1190-ci illər arası ciddi bir quraqlıq görülməsinə baxmayaraq, monqol imperiyasının genişləndiyi dövrə, 1211 – 1225-ə nizamlı yağışlar və yumşaq bir hava hakim idi.

Qərbi Virciniya Universiteti ağac halqaları mütəxəssisi Amy Hessl , "Həddindən artıq quraqlıqdan , həddindən artıq nəmli bir mühitə keçilmiş olması , iqlimin hadisələr üzərindəki təsirini göstərir. Təbii ki, bu yeganə faktor deyildi. Lakin qarışıqlıq mühitindən belə bir liderin çıxması , ordu qurması və iqtidarı ələ keçirməsi üçün ideal şəraiti meydana gətirdi " deyib.

 

 

Sizin Reklam Yeriniz