Əlaqə Arxiv
news Image
2014.03.13
11:30
| A A A
Tibbdə ilk dəfə: 3D əməliyyat-FOTOLAR

İngiltərədə motosiklet qəzasında yaralanan bir gəncin üzü , 3D texnologiyasıyla yəni üç ölçülü printer istifadə edilərək yenidən düzəldilib.


Movqe.Az BBC-yə istinadən xəbər verir ki, Stefen Poveri , müalicəsinin hər mərhələsində üç ölçülü printer istifadə olunan dünyadakı ilk xəstədir.


İngiltərədə Svansea şəhərində keçirilən əməliyyatda , qəzadan aylar sonra , xüsusi olaraq uyğunlaşdırılmış və  modellər , lövhələr və implantlar istifadə edilib.


Əməliyyatı reallaşdıran Morriston Xəstəxanası həkimləri , Povernini yeni üzünü hazırlamadan əvvəl, almacıq sümüklərini yenidən qırdıqlarını açıqlayıblar.


Qrup , simmetriyanı təmin etmək üçün , Poverinin kəllə sümüyünün tomografiyasını çəkdiklərini və üç ölçülü yazıçı ilə basdıqları plitələr istifadə edərək bunun  bir modelini meydana gətirdiklərini söyləyib.


Modelin yaradılmasından sonra edilən əməliyyat , səkkiz saat davam edib.


İngiltərə , 3D texnologiyasını əməliyyatlarda istifadə edilən qabaqcıl ölkələrdən biridir. Daha əvvəl üç ölçülü printer ilə doğuşdan gələn problemlər bərpa olunurdu.


Pover , 2012-ci ildə keçirdiyi qəzada , kaska taxdığı halda birdən çox zərbə ilə yaralanmış və dörd ay müddətində xəstəxanada qalmışdı.


O, indi özünü daha yaxşı hiss etdiyini söyləyib.








Sizin Reklam Yeriniz