Əlaqə Arxiv
news Image
2014.03.14
11:31
| A A A
Eşq hormonu ilə müalicə üsulu tapıldı

Uşaq doğurarkən və cinsi əlaqə əsnasında ifraz olunan oksitosin hormonun anoreksiya nervoza kimi qidalanma problemlərinin müalicəsində istifadə edilə biləcəyi bildirilib.

Movqe.Az BBC-yə istinadən xəbər verir ki, ingilis və koreyalı elm adamlarının etdiyi kiçik diametrli araşdırmalar , xəstələrə oksitosin hormonu verilməsindən sonra , yemək və bədən görünüşü mövzusuna o qədər fikir vermədiklərini aşkar edib.

Bu hormon , cinsi əlaqə , doğum etmə və əmizdirmə kimi , insanın , başqa insana romantik və fiziki mənada bağlandığı anda , təbii olaraq ifraz olunur.

Daha əvvəl bu hormonun , bəzi psixiatrik xəstəliklərin müalicəsində və otistik insanların cəmiyyət içində duyduqları qayğını azaltmaq üçün də istifadə edilməsi təklif edilmişdi.

Avstraliyada dörd həftə müddətində edilən araşdırmada , oksitosin hormonu verilən kəslərdə kilo və bədən forması qayğılarının azaldığı müşahidə edilib.

Bu mövzudakı araşdırmaların ilki Psychoneuroendocrinology jurnalında nümayiş olunub. Araşdırmada anorektik 31 nəfərlə , anorektik olmayan 33 nəfərə , burun spreyi , plasebo və ya əmzik vasitəsilə oksitosin hormonu verilib.

Daha sonra bu şəxslərə yüksək və aşağı kalorili qidaların və müxtəlif  kilolardakı insanların fotoşəkilləri göstərilib.


Anorektik insanların , daha əvvəl , " kök və pis bədənli " deyə xarakterizə etdiyi kəslərin fotoşəkillərinə daha çox baxdıqları görülüb.

Lakin oksitosin hormonu aldıqdan sonra anorektik xəstələr , yemək fotoşəkilləri və bədən köklüyüylə daha az maraqlanan olub.

PLoS ONE jurnalında nümayiş olunan ikinci araşdırmadasa , eyni insanlara , üzlərində hirs , nifrət və ya sevinc kimi ifadələr daşıyan kəslərin fotoşəkilləri göstərilib.

Bu araşdırmada anorektik xəstələrin , oksitosin müalicəsindən sonra , nifrət ifadəsi daşıyan və ya hirsli üzlərə çox baxmadıqları görülüb.

Hər iki araşdırmanı da icra edən Kings College Psixiatriya İnstitutu Qidalanma problemləri mütəxəssisi Prof. Janet Treasure , "Bu , az sayda insanın iştirak etdiyi və daha işin başlanğıcında olan bir araşdırmadır . Amma bu müalicənin ola biləcək faydaları , son dərəcə həyəcan vericidir. Müalicə yollarını dəyişdirə bilməyimiz üçün , daha geniş miqyasda və daha geniş kütlə üzərində təcrübələr əldə edilməsi lazımdır" deyib.


Prof. Treasure ilə birlikdə araşdırmanı icra edən Seul Universitetindən Prof. Youl - Ri Kim də , " araşdırmamız , oksitosin hormonunun , xəstənin şüuraltının bir əksi olunması olaraq yemək , bədən görünüşü və diksinmə kimi mənfi ifadələr daşıyan fotoşəkillərə fokuslanma meylini azaltdığını göstərdi. Hələ də Anoreksiya müalicəsində təsirli dərman müalicəsi yoxdur. Bu araşdırma , ağıl xəstəliklərinin müalicəsində oksitosin müalicəsinin rolu haqqındakı işlərə yenisini əlavə etmiş olub. "deyib.

İngiltərədə təxminən hər 150 gənc qızdan biri anorektik xəstədir .

Qidalanma problemləri üzərində çalışan Beat adlı vəqf isə , bu tapıntının məşhur şəkildə istifadə edilə bilməsi üçün daha uzun zamana ehtiyac duyulduğunu açıqlayıb.




Sizin Reklam Yeriniz