Əlaqə Arxiv
news Image
2014.03.14
13:15
| A A A
Angry Birdsün RPG oyunu gəlir!

Android , Windows Phone və iOS cihazlarının ən çox endirilən oyunlarından Angry Birdsün yeni oyununun nə olacağı məlum olub. Movqe.Az xəbər verir ki, Rovio qısa müddət əvvəl Angry Birds ardıcıllığının yeni oyunu haqqında məlumat verən bir video yayımlamışdı. Bu videoda orta əsrlərə xas zireh geyən və əlində qılınc tutan əsəbi quş bizə poza verirdi. Lakin bundan başqa hər hansı bir çıxış tarixi , oyun quruluşu və hətta oyunun adı haqqında belə hər hansı bir məlumat paylaşılmamışdı.

 Angry Birds ardıcıllığının yeni oyununun adı Angry Birds Epic olacaq. Angry Birds Epic RPG , yəni rol oyunu növündə bir oyun olacaq. 


Rovio oyunun Android , iOS və Windows Phone üçün hazırlandığını deyir. Oyun ilk olaraq Kanada və Avstraliyada yalnız iOS üçün mümkün olacaq. Digər ölkələr üçün oyunun final versiyası ilin ortalarında  iOS , Android və Windows Phone üçün istifadəyə veriləcək.

Sizin Reklam Yeriniz