Əlaqə Arxiv
news Image
2014.03.14
15:10
| A A A
PS4-dən oyun eynəkləri

Movqe.Az xəbər verir ki, Sony, PS4 üçün üzərində çalışdığı yeni virtual reallıq eynəyilə rəqibi Oculus Rifti geridə qoymağı planlaşdırır. 


Sony, keçən il çıxardığı 700-düym ekran və 3D dəstəkli virtual gözlüyü HMZ-T3W-in PS4 üçün olan bir versiyası üzərində işləyir. Firmanın daxilindəki adsız qaynaqlardan sızan məlumata görə, PS4 virtual eynəyinin 17 Mart tarixində San-Fransiskoda, Game Developers 'Conference (GDC 2014) fəaliyyətində tanıdılması planlaşdırılır. 


İstifadəçiləri oyunun içərisinə daxil edən bu eynək, baş və bədən hərəkətlərini sensorlar sayəsində qəbul edə bilir. Eyni zamanda Sony, fəaliyyətdə yeni oyunlarını da tanıdacaq.

Sizin Reklam Yeriniz