Əlaqə Arxiv
news Image
2014.03.17
16:06
| A A A
Açıq bufetə qarşı fətva!

Səudiyyə Ərəbistanda , bir din adamı , ölkədə , müştərilərə ''istədikləri qədər yeyib'' müəyyən bir ödəniş ödədikləri açıq bufet variantı təqdim edən restoranlara qarşı fətva verib.


Movqe.Az xəbər verir ki, İmam Saleh əl- Favzan "Quran TV" adlı televiziyasından etdiyi şərhdə , istehlak olan yeməyin dəyəri və miqdarının əvvəldən təyin olunması lazım olduğunu söyləyib. Saleh əl- Favzan , "Kim bir bufetdən miqdarını təyin etmədən 10 və ya 50 Riyal qarşılığında yemək yesə Şəriətin müddəalarına zidd davranmış olar" deyib.


Əl Favzanın fətvası Tvitterdə müzakirə mövzusu olub. Bəziləri onu haqlı olduğunu düşünsə də, digərləri etiraz edib. Səudiyyə Ərəbistanda yalnız Müftilər Şurasının verdiyi fətvaların rəsmi etibarlılığı var. Bu səbəblə Əl Favzanın fətvasının xalq üzərində nə qədər təsirli olacağı bilinmir .



Sizin Reklam Yeriniz