Əlaqə Arxiv
news Image
2014.03.19
17:45
| A A A
Velosiped sürmənin faydaları

Artıq çəkidən azad olmaq, ayaq əzələlərinizi gücləndirmək üçün velosipedlə əylənmək əla seçim olar.

Velosiped sürmək ürək sağlamlığı üçün faydalı hesab olunur. 

Stanford Universitetində aparıldığı bildirilən araşdırmalarda pedal çevirmənin yuxu nizamını inkişaf etdirdiyi və daha gənc görünməyi təmin etdiyi sübut edilib. 

Xüsusilə ayaq əzələlərini işlədən velosiped, bütün bədənin uyğunlaşma içində hərəkət etməsinə imkan verir.

Daimi olaraq hər gün 30 dəqiqə velosiped istifadəsi ilə, ayda ortalama olaraq 2-3 kq artıq çəkidən azad olmaq olar. 

Pedalı çevirmə, bir saatda 600 kalori yandırmağı təmin edər. Həftədə bir neçə gün 30 dəqiqə velosiped sürmək, bədəni qısa müddətdə bu idman növünə öyrəşdirir. 

Velosiped istifadə edərkən diqqət yetirməniz lazım olan bəzi nöqtələr var. Bu məsələdə əyləclərinizin möhkəm olmağı əhəmiyyətlidir. 

Velosipeddən istifadə edərkən yol hərəkət qaydalrını və s. bilmək lazımdır. Hər an diqqətli olun və konsentrasiyanızı itirməyin. 

Bu məsələdə gündüz və gecənin gözlə görünən olması vacibdir. Həmçinin kaska və əlcək də taxmaq məsləhətdir. 

Avtomobil qapıları, kanalizasiya qapaqlarına, çınqıllı yol və nəm yerlərə diqqət yetirin.

Sizin Reklam Yeriniz