Əlaqə Arxiv
news Image
2014.03.21
16:04
| A A A
Artıq internetdə ana südü də satılır!

Ana südünün körpələr üçün unikal faydaları olduğu bilinir. Bəzi cəmiyyətlərdə " maye qızıl " deyə xatırlanan ana südü , satışa çıxarılan bir məhsul halına gəlib.

Yalnız öz körpələrini əmizdirə bilməyən analar deyil , atalar da , internetdən satılan ana südünə böyük maraq göstərir.


Lakin sağlamlıq səlahiyyətliləri internetdən satın alınan ana südünün daşıya biləcəyi təhlükələrin , təmin edəcəyi faydalardan yüksək ola biləcəyinə diqqət çəkir.


Movqe.Az xəbər verir ki, Nyu Yorkda yaşayan Tamar və Keith Poysner , 7 aylıq oğullarını az maaşla böyütməyə çalışır. Ana Tamar Poysner , "Gəlirimizi necə artıra bilərəm?Körpəm üçün südüm çox gəlirdi , niyə olmasın deyib, artıq qalan südümü satmağa başladım. " deyib.

29 mililitrini 2 dollardan satan Tamarın südü , ailəyə həftədə 100 dollar əlavə gəlir təmin edir. Bu əlavə gəlir də mətbəx xərclərinə və komunnal ödənişlərə sərf olunur.

 

Tamar Posyner , ana südünə böyük rəğbət olduğunu bilərəkə, internet üzərindən vasitəsilə südlərini satan yüzlərlə anadan yalnız biridir.

 

Lakin ABŞ Qida və Dərman Dairəsi , körpələrin internetdə satılan və ya bağışlanan ana südüylə bəslənməsini tövsiyə etmir.

Dr. Kathleen Marinelli bu tətbiqin getdikcə yayıldığına diqqət çəkərək , ana ataların mümkün təhlükələri nəzərə almalarının lazım olduğunu söyləyir.

Dr. Marinelli , "İnternetdən təmin edilən ana südü AIDS və ya Hepatit kimi viruslar daşıya bilər. Bu südü verən ananın dərman və ya narkotik istifadə istifadə edib-etmədiyi bilinmir. Bu kimi ünsürləri bilmək heç bir şəkildə mümkün deyil" deyib .

Sizin Reklam Yeriniz