Əlaqə Arxiv
news Image
2014.03.21
16:43
| A A A
O qadınların xəyallarının kralıdır

O rəngarəng, təxribatçı geyimlərin yaradıcısı sayılır.Özünün dediyinə görə, əla sürət çıxarma qabiliyyəti  pis şəxsi kolleksiyadan  yaxşıdır. Modanı sevməsə də dünya şöhrəti məhz onun sayəsində qazanır.Mifə nifrət edirdi lakin sonda özü də mifə çevrilir.  Söhbət "Moschino" brendinin yaradıcısı Franko Maskinodan gedir.

 

Brendlərin tarixi layihəsi çərçivəsində  "Moschino" brendinin necə yaranmasını təqdim edirik.

 

 

17 yaşında evdən qaçır

 

Girişdən də məlum olduğu kimi "Moschino" Franko Moskino tərəfindən yaradılıb. Moskino  Milandan 22 kilometr aralıda, kiçik İtalya şəhərciyində  Abbiategrassoda anadan olub.  Arxivlərə görə, atası hazır geyim fabrikinin sahibi iimiş. Adət -ənənlərə əsasən Franko da böyüyəndə ailə biznesini davam etdirməliymiş. Lakin  4 yaşı olanda atası  vəfat edir. Bununla belə istedadlı, üsyankar biri olan Franko fabrik sahibliyini deyil rəssamlığı seçir.  17 yaşında evdən qaçaraq Milanda yüksək incəsənət akademiyasına (Accademia delle Belle Arti) qəbul olunur. Təhsil xərcini ödəmək üçün Maskino işləməyə başlayır. O moda jurnalı və reklam agentlikləri üçün ştatdan kənar illüstrator işləməyə başlayır. Akademiyanı bitirdikdən sonra illüstratorla ciddi şəkildə məşğul olmağa başlayır. Çox keçmir ki, onu "Bazil" şirkətində dizayner vəzifəsinə dəvət edirlər.

 

 

Gianni Versacenin işçisi olur

 

İlk  vaxtlar gənc öz taleyini geyim dizaynı ilə bağlayacağını ağlına belə gətirmir. Rəssam olmağı xəyal edir. Moda dünyasına o Gianii Versaci ilə əməkdaşlıq sayəsində düşür. Belə ki, Franko 1971-1977-ci illərdə Versacinin yanında illüstrator işləməyə başlayır. Amma ona daha çoxu lazım olduğundan 1977-ci ildə italiya  moda evi "Cadette" də  dizayner vəzifəsinə gedir. Özünün ilk geyim xətti üzərində işləyir.Dəri  kolleksiyası üzərində iş Frankonun yaradıcılıq qabiliyyətini müəyyənləşdirir. Hansı ki burada istehza, təxribat, üsyan,  azadlıq, orjinallıq bütün özünə mıxsusluqlar cəmləşirdi. Bir sözlə həmin vaxta qədər dünyanın heç bir yerinə belə kolleksiya hazırlanmamışdı.

 

Həyatının sevgisi ilə qarşılaşır

 

 Məhz bu kolleksiya üzərində işləyəndə Franko gənc dizayner Rosseloy  Giardini ilə tanış olur.Bu onun həyatına ən vacib an kimi yazılır. Franko ilk əvvəl qızın diqqətini çəkmir: "Sözün doğrusu onu ilk dəfə görəndə mənə sıxıcı gombul təsiri bağışladı. Daha sonra o arıqlamağı qərara aldı və daha çox kişi kimi görünməyə başladı"-deyə Giardini həmin günləri belə xatırlayır. Moskino  Rosseloya birgə işləməyi təklif edir. Qız "Cadette"nin kolleksiyasının hazırlanmasına dizaynerin assisenti olur.  Sonra Rosseloy aksesuar və ayaqqabı xəttinə - "Bottega Véneta" ya transfer etsə də bir ildən sonra onlar həmişəkil birləşirlər. Bu qadın onun təkcə tərəfdaşı deyil həm də sevgilisi olur.

 

"Moschino" brendi yaranır

 

Rosseloyla tanışlıq təkcə Frankonun taleyində deyil, "Moschino" brendinin yaranmasında da həlledici rol oynayır. Onlar mükəmməl tandem yaradırlar: "Franko ilə ekstravant, qəribə dünyaya düşdüm. O nəyisə düşünürdü mən onu tamamlayırdım.Və ya əksinə".  1983-cü ildə Franko özünün "Moonshadow" şirkətini yaradır.  Həmin ildə "Moschino Couture" etketi ilə paltar istehsal edilməyə başlanılır. Moskinonun avanqardlığı, Giardininin klassikası bütün kolleksiyalarda əksini tapır.  Göstərilən ildə Milanda "Moschino" markası ilə qadın gündəlik geyimlərinin təqdimatı keçirilir.

 

Şanel, Barberri kimi klassik markaları müasirləşdirir

 

Franko Moskino Şanel, Barberri kimi klassik markaların geyimlərini götürərk ora yenilik qatmaqla geyimlərini dizayn edir. Və  özünü küçə teatrının palyaçosu  adlandırır: "Mənim paltarlarımı geyinməkdən çəkinməyin. Bir gün evinizdə  müxtəlif cüt  ayaqqabı gördüyünüz zaman sevinəcəksiniz. Bu hələ başlanğıcdır".

1985-ci ildə Moskino "Cheap and Chic" (Ucuz və qəşəng) kolleksiyasını təqdim edir.Hansı ki bundan sonra onu təkcə İtaliyada tanımırlar. 1986-cı ildə dizayner kişi kolleksiyasını,  cins, alt geyimləri, ayaqqabılar, ziyafət paltarlarını buraxır. 1987-ci ildə isə dünyaya məşhur  "Moschino" ətirlərini bəxş edir. 1988-ci ildə Milanda ilk butikini açır. 1989-cu ildə Falc-la birgə uşaq ayaqqabılarını dizayn edir. 1994-cü ildə Moskino yeni eko-kolleksiyasını "Ecouture" ni təqdim etməyə hazırlaşır. Lakin əcəl ona mane olur.

 

Dünyaya baxış altında kolleksiyalar

 

Onun hər kolleksiyası dünyanın təməlini sarsıdır, təxribat yaradırdı. Məsələn,  ziyafet geyimi üzərində Mikki-Maus, sport stilində köynək üzərində "Şanel-5",qızılı ingilis hərfləri ilə seksual top dəb dünyasının qanunlarına qarşı addım sayılırdı. Əslində dəb Franko üçün  başqa şeylərə olan münasibətinin ifadə vasitəsi idi. O dəb vasitəsilə siyasətə, iqtisadiyyatla, ekologiya ilə danışırdı. Peace Mándala, No war, Love nature and nature love you, Save our sea, Safe sex – bunlar təkcə onun kolleksiyalarının adı deyil, həm də dünyaya baxışı idi.

 

SPİD yoxsa xərçəng

 

1994-cü ildə Moskino SPİD-dən vəfat edir. Bəzi mənbələrdə onun SPİD-dən  deyil, xərçəngdən, hətta ürək tutmasından öldüyü irəli sürülür. Franko Moskinonun ölümü  ortağı, sevgilisi Rosseloy  Giardini üçün böyük zərbəyə çevrilir: "Frankonun  ölümündən sonra moda evini bağlaya bilməzdik.  İcazə verə bilməzdik ki onun adı yox olsun. Franko deyirdi ki, daha çox sevgi nəinki iş. Bunu bizim reseptimiz adlandırırdi. Məhz komandamız onun ölümündən sonra bu devizdən istifadə edir.

 

Rosseloy  brendin rəhbəri vəzifəsində

 

 1994-cü ilə qədər Moskinonun asissenti işləyən Rosseloy  brendin rəhbəri vəzifəsinə keçir. Dizaynerin işini davam etdirməyi qərara alır. 1995-ci ildə marka qadın və kişi eynəkləri istehsal etməyə başlayır. 2000-ci ildə Milanda moda həftəsində ilk dəfə olaraq Moschino Cheap & Chic kolleksiyası təqdim olunur. 2001-ci ildən isə brend yeniyetmələr və uşaqlar üçün kolleksiya hazırlamağa başlayır. 2003-cü ildə brend asiya bazarına çıxır.

 

Aeffe SpA və  Sportswear International SpA.şirkətinə verilir

 

Yeri gəlmişkən, "Moschino" brendi  2000-ci ildən Aeffe SpA və  Sportswear International SpA.şirkətinə məxsusdur. Alberta Feretti tərəfindən idarə olunan şirkətə bu xanımın öz  brendindən başqa daha bir neçə brend tabedir. Qeyd edək ki, 2013-cü ildən brendin art-direktoru Geremmi Skottdur.

 

Bahalı, orta, ucuz stil

 

Hazırda  "Moschino" da qadın geyimi ilə bağlı 3 xətt əsas yer  tutur. Birincisi Moschino Main Line- dir.  Bu  xətt üzrə geyimlər rəsmi və bahalıdır.Ona görə də daha çox varlılara hesablanıb. İkinci xətt Moschino Cheap & Chic xəttidir. Hansı ki  orta təbəqə üçün nəzərdə tutulub. Love Moschino isə qiymətinə görə bu xətlər arasında bir qədər əlçatanıdır. Kişilərə gəlincə, brend  onlara "Moschino Jeans"I təklif edir. Bir məqamı da vurğulayaq ki, "Moschino"nun geyimləri 90-60-90 bədən ölçüləri nəzərdə tutulub.

 

Sevgilisinin adına hotel

 

İtaliyada "Moschino" brendinin şərəfinə Maison Moschino hoteli  fəaliyyət göstərir. Yazilanlara inansaq bu Rosseloyun ideyasıdır. 63 otaqdan ibarət oteldə qiymətlər 270 avrodan başlayır.

 

Sizin Reklam Yeriniz