Əlaqə Arxiv
news Image
2014.03.22
12:47
| A A A
ABŞ-Rusiya: Mehriban düşmənlər 2014-cü ildə

2013-cü il ABŞ-Rusiya münasibətləri üçün heç də yaxşı keçmədi. İki ölkə münasibətlərində 2014-cü ilin də fərqli keçməyəcəyi, bəlkə daha da gərgin keçəcəyi gözlənilir.

 

 

Hazırda qarşılıqlı etibarı tamamilə itirən ABŞ və Rusiya yeni ilə xeyli sınaqlarla daxil olurlar. Dünyanın nüvə nəhəngləri yeni ildə münasibətlərini normallaşdıra bilib-bilməyəcəklərini göstərəcəklər.

 

 

Qış Olimpiya Oyunları öncəsi boykot təhdidləri, ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması, Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı Edvard Snouden işi, Suriyadakı hadisələr, şist qazının çıxarılmasının naməlum nəticələri - bütün bunlar ABŞ-Rusiya münasibətlərində 2014-cü ildə gərginləşdirici amillər idi.

Heç şübhəsiz ki, bu gərginlikdə Vladimir Putin xususi "rolu" var.

 

Vəziyyət daha yaxşı olmalı idi

 

 

Beş il əvvəl -2009-cu ilin yanvar ayında hakimiyyətə Moskva ilə pozulmuş münasibətləri bərpa etməyə söz verən Barak Obama administrasiyası gəldi. O, prezident Dmitri Medvedevin nisbətən yeni və ilk baxışda proqressiv hökuməti ilə məhsuldar münasibətləri tətbiq etməyə başladı.

Amma bu plan işləmədi. Ağ Ev Medvedevin varisi olan Vladimir Putini nəzərə almadı. Ölkələr arasındakı fikir ayrılıqlarının miqyası çox böyükdür. Buna görə isə ABŞ və Rusiya bir-birini açıq şəkildə ittiham edir. Moskva deyir ki, Vaşinqton onun fikrini nəzərə almır, xüsusilə Ukrayna məsələsində. Moskva həmçinin qeyd edir ki, Vaşinqton Rusiyanın daxili işlərinə qarışaraq ölkələr arasındakı münasibətləri pozur. Vaşinqton isə deyilənləri antiamerika yanaşması kimi qiymətləndirir və inkarçı mövqe tutur.

Ağ Ev bildirir ki, Rusiya ilə münasibətləri qaydaya salmaq cəhdlərindən imtina etmir, amma buna lazımı qədər vaxt ayırmaq imkanlarına malik deyil. Digər tərəfdən, Putin görünür, ABŞ-ın istənilən addımında təhlükə görür. Əslində bu iki dövlət Əfqanıstan, kosmosa uçuşlar, nüvə təhlükəsizliyi və terrorizmlə mübarizədə, həmçinin İran və Suriya məsələsində əməkdaşlıq edir. Bununla belə onlarda nüvə silahlarının azaldılması, Avropa, Asiya və Arktikanın gələcəyi, qlobal energetika siyasəti ilə bağlı ümumi strategiya yoxdur.

 

 

Amerika məmurlarının sözlərinə görə, Vaşinqton Putinin informasiyaların çox hissəsinin Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarından almasından ehtiyatlanırlar. Çünki, Federal Təhlükəsizlik Xidməti münasibətlər və ABŞ-ın niyyətləri haqqında səhv informasiya verlə bilərlər.  ABŞ Milli Təhlükəsizlik Şurasının Rusiya siyasəti məsələləri üzrə bölməsinin direktoru Selesta Uollander "təhlükəli və yırtıcı Rusiya"nın Amerikanın maraqlarına zidd olduğunu düşünür. O, bu vəzifəyə keçən sentyabr ayında təyin olunub.

 

Rusiyada hər şeyi Putin həll edirdi

 

Beş iləvvəl B.Obama Ağ Evin başçısı oldu. Həmin vaxt Moskva-Vaşinqton münasibətləri Sovet İttifaqının dağılmasından sonra ən aşağı səviyyədə idi. Aralarındakı fikir ayrılıqlarına baxmayaraq yeni administrasiya əməkdaşlıq edə biləcəyi sferaları tapmağa qərarverdi.

 

 

Qısa birmüddət ərzində hər şey kifayə tqədər yaxşı gedirdi. 2010-cu il 8 Aprel tarixində Obama və Medvedev nüvə arsenalının ixtisarı barədə yeni müqavilə imzaladılar. Bu iki ölkə münasibətlərində əhəmiyyətli nailiyyət idi. Onda hamı düşünürdü ki, irəlidə hələ bu cür çoxlu nailiyyətlər olacaq. Medvedev müqaviləni "ikitərəfli qələbə"adlandırmışdı.

 

 

Həmin vaxtlar Medvedev Obama ilə kifayət qədər yaxşı yola gedirdi. Ancaq Rusiyada hər şeyi Putin həll edirdi. O, baş nazir vəzifəsini tuturdu. Putin rus və sovet diplomatiyasının ənənəsinə sadiq idi: Sizin qələbəniz mənim məğlubiyyətimdir. Üçüncü dəfə prezident postuna əyləşən Putin ölkələr arasındakı münasibətlərə ilk dəfə sovet dövründən qalma ideoloji xətti daxiletdi. Rusiya dəyərlərin unikal dəstinə əsaslanan sərt millətçi mövqe tutdu.

Putin bildirirki, Rusiya ən müxtəlif məsələlərlə bağlı Qərb qarşısında hesabat verməyə məcbur deyil. Seksual azlıqların hüquqlarından tutmuş demokratiya məsələlərinə qədər ABŞ-Rusiya münasibətlərində Putin yaxşı start götürdü. Putinin inaqurasiyasından üç ay sonra Obama Londonda Medvedevlə görüşdü və nüvə silahlarının ixtisarı, həmçinin başqa təhlükəsizlik məsələlərlə bağlı razılaşmaya gəldilər.

 

Münasibətlərdə soyuma

 

Problemlər"Ərəb Baharı"ndan sonra başladı. 2011-ci ilin əvvəlində NATO-nun üsyançılara yardım göstərməsinə icazə verən BMT Təhlükəsizlik Şurasının qətnaməsinə Rusiya dəstək verdi. 22 Martda ABŞ müdafiə naziri Robert Qeyts D.Medvedevlə görüşdü. Medvedev bildirdi ki, qətnamənin Təhlükəsizlik Şurasında qəbuluna maneə olmayacaq. Putinin bu barədə şübhələri var idi, amma heç bir hərəkətə təşəbbüs etmirdi.

 

 

NATO-un uzunmüddətli hərbi kampaniyası başlandı və ruslar bildirdilərki, Qərbin niyyətləri onları nisbətən aldatdı. "Onlar son dərəcə narazı idilər və narazılıq üçün əsaslar var idi", - Dövlət Departamentinin keçmiş nümayəndəsi Filip Kroulini hesab edir. Pentaqonda bəzi məmurlar xəbərdarlıq edirdilər: Rusiya çətin ki, Suriya ilə bağlı analoji qərarın BMT Təhlükəsizlik Şurasında qəbul olunmasına icazə verəcək. Hadisələr onların haqlı olduğunu göstərdi.

 

Putin əmin idi ki, ABŞ-ın Yaxın Şərqdə hər yeni addımı vəziyyəti yalnız ağırlaşdırır. Rusiya məmurları anlayırdılarki, Liviya ilə bağlı qətnamənin BMT Təhlükəsizlik Şurasındakı səsverməsindən Rusiyanın çəkilməsindən sonra Moskvanın fikri Vaşinqtonu daha maraqlandırmırdı.

NATO-nun Liviya hərbi kampaniyası gedişatında Putinin bəyanatla çıxış etdi ki, o, prezident postuna qayıtmaq niyyətindədir. Bu bəyanat Ağ Evi qəflətən yaxaladı.Hansı ki, Obama Putini xoşlamırdı və 2009-cu ilin iyul ayından onunla görüşmürdü.

Kremlə qayıdan Putin dərhal hücuma keçdi.

 

Müxtəlif istiqamətlər

 

Rusiyadakı hadisələr ABŞ-ı məcbur etdi ki, Rusiyaya öz münasibətini yenidən gözdən keçirsin.2011-ci ilin dekabrında dövlət katibi Hillari Klinton parlament seçkilərinin nəticələrinin saxtalaşdırıldığını bəyan edəndən sonra minlərlə rusiyalı etiraz etmək üçün Moskva küçələrinə çıxdı. Rusiyada tez-tez antiamerika fikirləri səslənməyə başladı. Rusiya"Azadlıq" radiosunun orta tezlikli dalğalarla yayımını dayandırdı, hüquq müdafiəçilərdən ibarət qrupların ABŞ-dan maliyyələşmənin dayandırılması üçün hər şey etdi. ABŞ-ın Rusiyadakı səfiri Maykl Makfola qarşı kampaniya aparıldı. Rusiya parlamenti rusiyalı uşaqların Amerika ailələrinə övladlığa verilməsini qadağan edən qanun qəbul etdi.

 

 

Rusiya ötən il Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı Edvard Snoudeni ABŞ-a verməkdən imtina etdi. Daha sonra Obama Putinlə görüşü ləğv etdi, amma bunun ardınca ölkələr gözlənilmədən Suriyanın kimyəvi silah arsenalının ləğvi məsələsində razılaşdılar. Ancaq Ukraynadakı böhran bu ölkələri yenidən qarşı-qarşıya gətirdi.

 

 

 

 

Hər halda ABŞ və Rusiya müxtəlif istiqamətlərə gedir və ya buna cəhd edirlər. Görünən odur ki, 2013-cü ilin sonlarında yaranan və 2014-cü ilin əvvəllərində kəskinkəşən Ukrayna böhranı üzündən Moskva-Vaşinqton münasibətlərinin il boyu gərgin qalacağı şübhəsizldir. Ortada olan hələlik  Ukrayna məsələsidir. Rusiyanın bundan sonra nələr edəcəyini proqnozlaşdırmaq isə çətindir.


Sizin Reklam Yeriniz