Əlaqə Arxiv
news Image
2012.06.18
18:36
| A A A
“Dekolte geyimə qarşı” kampaniya

Movqe.az xəbər verir ki, Birləşmiş Ərəb Əmrliklərindən sonra Qatarda da qadınlar paltar məsələsində həssas olmağa çağırılıb. "Dekolte geyimə qarşı" kampaniyalar başladılıb.

Qatardan olan bir qrup qadın ötən günlərdə "getdikcə artan dekolte geyimə qarşı" sosial mediada kampaniya başladıb.

Əcnəbilərin geyim şəklindən narahatlıq duyan ölkə sakinləri Qatarda yaşayan bütün qadın və kişiləri "yerli xalqı təhqir etməyəcək şəkildə geyinməyə" çağırıb.

Twitterdə "Bizdən Biri" (One of Us) adıyla başladılan kampaniya: "Əgər bu torpaqlarda yaşayırsınızsa, siz də bizdən birisiniz. Elə isə lütfən, ictimai əxlaqa hörmət edin" şüarıyla xariciləri geyim mövzusunda xəbərdar edib.

Kampaniyanı başladan Necla Əl Mahmud, Qatarın yerli qəzetindəki şərhdə qeyd edib: "Son zamanlarda ictimai əxlaqa uyğun olmayan paltarların artdığını görürük. Kimsənin inancına qarışmırıq, kimsəni başını bağlamağa da məcbur etmirik. Ancaq açıq yerlərdə hər kəsin mədəniyyətimizə hörmət göstərməsini istəyirik".

Keçdiyimiz ay Qatar dövləti də paltar mövzusunda bir kampaniya başladıb. Dövlətin idarə etdiyi  Fener adlı İslami Mədəniyyət Mərkəzi, xarici qadınları dini və mədəni normalar çərçivəsində geyinməyə çağıran müxtəlif broşura və əl elanları paylaşıb.

Qatarda - adamların 1.5 milyonu keçdiyi ölkədə, əhalinin təxminən yüzdə 80-ini xaricilər təşkil edir.

Sizin Reklam Yeriniz