Əlaqə Arxiv
news Image
2014.03.24
19:05
| A A A
Gözümüzdəki işıq

Movqe.az xəbər verir ki ,Günəş işığının müalicəvi təsiri hələ yetəri qədər öyrənilməyib.  Bununla belə gözün torlu qişasına düşən şüaları müalicəvi əhəmiyyətini qeyd etmək mümkündür. Çox güman ki, məhz bu təsirin sayəsində hipofizin, hipotalamusun,epifizin və hətta baş beyin neyromediatorlarının fəaliyyəti yaxşılaşır.

 Müəyyən uzunluqlu işıq dalğaları gözün torlu qişasında sinir impulsu enerjisinə çevrilir. Bu enerji görmə siniri vasitəsilə onurğa beyninə və baş beynin ənsə payına ötürülür.Ənsə payda bu enerji görünən obrazı yaddaşa həkk etməkdən əlavə, həm də orqanizmin baş beyində yerləşən əsas idarəetmə mərkəzlərinə də təsir göstərir.Belə hesab olunur ki, bu enerji epifiz vəzisini melatonin ifraz etməyə məcbur edir. 

Melatoninin orqanizmə təsiri tam şəkildə aydınlaşdırılmasa da  heyvanlar üzərində aparılan təcrübələr onun orqanizmin həyat fəaliyyətini tənzimləyən hipofiz vəzisi, böyrəküstü vəzi, cinsiyyət vəziləri, mədəaltı vəzi kimi endokrin vəzilərin fəaliyyətini gücləndirdiyini ehtimal etməyə əsas verir. 

Sizin Reklam Yeriniz