Əlaqə Arxiv
news Image
2014.03.28
10:54
| A A A
Eynicinsli nigaha girənlərin sayı ikiqat artdı

Tədiqatlar nəticəsində müəyyən olub ki, Britaniya yetkinlərinin hər beş nəfərindən biri eynicinsli evlilik təklifi alır. Eynicinslilərin evlənməyinə icazə verən qanun şənbə günündən etibarən İngiltərə və Uelsdə qüvvəyə minib. Movqe.Az xəbər verir ki, BBC Radio5 canlı efirində yayımlanan tədqiqata görə, qadınlar kimi kişilərin də bir-birilə nigaha girmə sayı ikiqat artıb. Anketin aparıldığı 1.007 insandan 68 faizi eynicinsli nigaha girməyə razılıq versə də, 26 faiz buna qarşı çıxıb. Eynicinsli hüquqları cəmiyyətinin sözlərinə görə, insanların buna münasibəti inanılmaz dərəcədə müsbətdir. Gey, lezbiyan, biseksual cəmiyyətinin spikeri Stonvol bildirib ki, hər beş insandan dördünün eynicinsli evliliyinə razı olması faktları təsdiqləmək üçün çox böyük əhəmiyyət kəsb edir. Araşdırma onu da müəyyən edib ki, daha çox 18-34 yaş arası gənclər 44-65 yaşlı insanlara nisbətən eynicinsli evliliyi dəstəkləyir. 

Sizin Reklam Yeriniz