Əlaqə Arxiv
news Image
2014.03.28
18:14
| A A A
Dünyanı şok edən foto yenidən gündəmdə

Klinikada tibb bacıları tərəfindən geri qaytarıldıqda çəmənlər üzərində doğum edərək dünyanı heyrətləndirən qadın aylar sonra hələ də gündəmdədir. 


Movqe.Az xəbər verir ki, qısa müddətdə sağlamlığına qovuşan gənc ananın , ölkədə səhiyyə tənzimləmələrində ilham qaynağı halına gəldiyi bildirlir.


Dünyanı sarsıdan bu fotoşəkil Meksikanın Oaxaca şəhərində yoldan keçən bir şəxs tərəfindən oktyabr ayında çəkilmişdi.


29 yaşındakı hamilə İrma Lopez doğum sancıları başladıqda , yoldaşıyla birlikdə gedərək Oaxaca klinikasına çatmış, ancaq gənc qadın və həyat yoldaşı xəstəxana vəzifəliləri tərəfindən geri çevrilmişdi. Lopez xəstəxana bağçasında çəmənlər üzərində doğum etmiş, bir oğlan körpə dünyaya gətirərək dünya mətbuatına xəbər olmuşdu.



Bütün dünyada şok təsiri yaradan görüntülərdən sonra Meksika hökuməti hərəkətə keçərək xəstəxananın rəhbərini vəzifəsindən almışdı.



Xəstəxana işçiləri,  etnik Mazatec yerlilərindən olan Lopezin fərqli bir dil danışdığı üçün səhv anlaşıldıqlarını söyləyərək özlərini müdafiə etmişdi.



Lopez və 6 aylıq olan körpəsi Sabinonun sağlamlıq vəziyyətlərinin yaxşı olduğu deylir.

Sizin Reklam Yeriniz