Əlaqə Arxiv
news Image
2014.03.28
22:00
| A A A
Fındığın faydaları

Məlumata görə fındıq böyrəkdəki qum və daşları tökməyə xolesterolu aşağı salmağa və infarkt riskini azaltmağa kömək edir. 

Cinsi gücü artırır və enerji verir. Bədənin zülala olan ehtiyacını təmin edir. Güc və diqqət tələb edən vəziyyətlərdə faydalıdır. 

Çünki, bədənə qüvvət verərək bədən və zehin yorğunluğunu aradan qaldırmağa kömək edir. 

Tərkibində olan yüksək kalsium sümükləri və dişləri gücləndirir. Fındıqda pəhriz lifi 1-3 % nisbətində olur. 

Bunun sayəsində bağırsaqda yaranan kimyəvi birləşmələr toksik təsirlərini, qalın bağırsaq xəstəliklərini, qəbizliyi önləyir.

Serum lipid səviyyəsini və qanda olan şəkəri salır. Natrium baxımından aşağı, maqnezium və kalium baxımından zəngin olduğundan bədəndə qan təzyiqini təşkili əhəmiyyətli rol oynayır. Qan azlığı, həzm və qan dövranı sistemi pozuntularının qarşısını almaqda tərkibindəki dəmir köməklik göstərir. 

Süd və süd məhsulları dəmir cəhətdən qeyri-kafi olduğundan fındıq bunlarla birlikdə istifadə olunursa açıq yeri bağlayır. 

Yüksək təzyiqi olanlar daha diqqətli istifadə etməlidirlər.

Sizin Reklam Yeriniz