Əlaqə Arxiv
news Image
2014.03.31
16:10
| A A A
8 aylıq şəhzadənin yeni fotosu

Britaniya dükü və Kembric düşesi Yeni Zellandiya və Avstraliyaya səfərlərindən bir həftə əvvəl  öz oğulları Şəhzadə Corcla birlikdə çəkdirdikləri  yeni ailə fotolarını paylaşıb. Movqe.Az bu haqda CNN-ə istinad edir. 

Bu foto 8 aylıq Şəhzadə Corcla London, Kensinqtonda rəsmi olaraq çəkilən üçüncü şəkildir.

Rəsimdə Kembric dükü və həyat yoldaşı açıq pəncərə qarşısında dayanıb gülümsəyərək kameraya baxır. Rəsmi çəkən fotoqraf Ceyson Bel şəhzadə Corcun ilk fotosunu çəkən fotoqrafdır. Ailə Yeni Zellandiya və Avstraliyaya 7 apreldə getməyi planlaşdırır. Səfərin son tarixi isə 25 may olaraq düşünülüb.

 Uilyam Artur Filip Luis Mountbatten-Vindsor, və ya Uels Şahzadəsi və Kembric Dükü Uilyam (d. 21 İyun 1982) İngilis kral ailəsi mənsubu, Uels Şahzadəsi Çarlz və Leydi Diananın oğludur.

  Şotlandiyadakı Saint Andrevs Universitetində sənət tarixi təhsili görmüşdür. 29 Aprel 2011-ci ildə Katherine Midlton ilə evlənmişdir. İlk uşaqları oğlandır və 22 iyul 2013-cü ildə dünyaya gəlib.

Sizin Reklam Yeriniz