Əlaqə Arxiv
news Image
2014.04.01
13:04
| A A A
Niyə bu gün Gülüş günüdür?

Bayramlar müxtəlif səbəblərə görə qeyd olunur. Bəziləri qəhrəmanların şərəfinə, digərləri dini hadisələrin xatirəsinə. Lakin 1 Aprel səfehliyi qeyd etmək üçün nəzərdə tutulur. Bu günün maraqlı tarixi vardır. 1564-cü ildə Fransa kralı IX. Çarlz, il başlanğıcını Yanvar ayının birinci gününə alır. Daha əvvəl Avropada məşhur olan il başlanğıc 25 Mart idi. O zamanki ünsiyyət şərtləriylə Çarlzın bu qərarı çox yayılmadı. Eşidənlər isə etiraz məqsədli keçmiş adətlərinə davam etdilər. Beləcə, 1 Apreldə şənliklər təşkil olundu. İnsanlar şənliklərə gələnləri Aprel axmaqları olaraq xarakterizə etdilər və 1 Aprelə "axmaqlar günü" adını verdilər.  Bu gündə hər kəsə sürpriz hədiyyələr verdilər, doğru olmayan xəbərlər çıxardılar. İllər sonra Yanvar ayının ilin ilk ayı olmasına alışıldıqda, Fransızlar 1 Aprel gününü mədəniyyətlərinin bir hissəsi kimi görərək ənənəni davam etdirdilər. Beləcə, bu gün ,bütün dünyaya bir zarafat günü olaraq yayıldı. Fransızlar bu günü "Poisson d'Avril", aldananları isə "April fish", yəni Aprel balığı adlandırır.  İngilislər bugünü April Fools' Day, Şotlandiya - Gowk ya Cuckoo günü adlandırır. Aprel 1 və ya Aprel Balığı, Hollandiya, Belçika, Kanada, ABŞ, İsveçrə, Yaponiya, o cümlədən dünyanın bir çox yerində tanınmaqdadır. Aprelin 1 ilə əlaqədar başqa bir əfsanə də Pagan mədəniyyətində 1 Apreldə qeyd olunan FOUSE bayramıdır. Antik Romada Hilarya adıyla bənzər bir bayram da qeyd edilir. Hindistanda isə bu bayram 31 ​​Martda Holi adıyla qeyd edilir.  Almaniya və Avstriyada aprelin 1-i xoşbəxt olmayan gün sayılırmış. Hesab edirlərmiş ki, bu tarixdə anadan olan adamın həyatda bəxti gətirməyəcək. Ona görə ki, aprelin 1-də İsa Məsihi satan İuda anadan olub. Şeytanın göydən yerə endiyi gün kimi dəyərləndirilən həmin tarixdə kəndlərdə heç kəs işləmirmiş. Həm böyüklər, həm də uşaqlar bir-birilərini aldadaraq əslində yerinə yetirilməsi mümkünsüz olan tapşırıqların arxasınca göndərirlərmiş.

Hazırda dünya əhalisinin 70 faizi 1 apreli gülüş günü kimi qeyd edir, dost-tanışla zarafatlaşır

Sizin Reklam Yeriniz