Əlaqə Arxiv
news Image
2014.04.01
17:51
| A A A
iPhone 6 belədirsə, istifadəçilər kədərlənəcək!

iPhone 6-ya aid olduğu iddia edilən yeni fotoşəkillər sizi kədərləndirə bilər. 


iPhone 6 bazara çıxmazdan əvvəl haqqındakı iddialar ve fotolar da sürət kəsmədən internetdə yayılmağa davam edir. Son olaraq Foxconn işçisinin sızdırdığı düşünülən bir fotoşəkildə fərqli  iPhone nəzərə çarpır.


Lakin əgər fotoşəkildəki cihaz həqiqətən də iPhone 6-ya aiddirsə, istifadəçilər çox kədərlənəcək, çünki geniş ekranlı iPhone gözləyən çox istifadəçinin əksinə, yeni iPhonenin dizaynının mövcud iPhonelardan fərqi yoxdur. 

Movqe.Az xəbər verir ki, dizayn baxımından iPad Air-i xatırladan iPhone 6-ın ekran ölçüsünün 4.3 düym olduğu görülür. 


Halbuki Apple-a yaxın bir çox qaynaq şirkətin bu il 4.7 ilə 5.3 düymlük nəhəng ekranlara sahib iPhone ortaya çıxaracağı fikrini müdafiə edirdi.

Sizin Reklam Yeriniz