Əlaqə Arxiv
news Image
2014.04.02
12:36
| A A A
Dünyanın ən çox satılan telefonu geri qayıtdı!

Nokia , sevimli modeli 3310-un Windows Phonelu yeni modelini tanıdıb. Amma təkcə bir gün üçün !


Nokianın bu həftə keçiriləcək Microsoft Build konfransında Windows Phonelu iki telefon tanıtması gözlənilir. Lakin  firma , 1 Apreldə boş dayanmayıb və əfsanə telefonu 3310-u yenidən yaradıb.


Dünya səviyyəsində əks-səda oyandıran Nokia 3310-a çox bənzəyən  telefon , yenə Nokia 3310 adını daşıyır. İlk dəfə 3310 , 2000-ci ildə çıxmış , 125 milyon satış edərək bir əfsanəyə çevrilmişdi. PureView kameralı yeni 3310 isə Nokianın Lumia 1020-də istifadə etdiyi 41 megapiksellik ovsunlayıcı kamera texnologiyasını 3310-a daşıyır. 


"Yeni" 3310'un ölçüləri , original 3310-a olduqca yaxındır . 113x48x22mm ölçülərindəki yeni telefon , 133 qram ağırlığındadır. Cihazın ön tərəfində qeyri-adi qövslü , 3 düymlük bir "ClearDiamond " sensor ekranı yerləşir.



Sizin Reklam Yeriniz