Əlaqə Arxiv
news Image
2014.04.04
18:31
| A A A
"Selfie" xəstəlikdir?

Movqe.Az CNN-ə istinadən xəbər verir ki, Amerika Psixoloqlar Dərnəyi  Çikaqodakı illik idarə heyəti konfransında bu zehni pozuqluğu "selfitis"' olaraq adlandırıb və öz fotoşəkilini çəkib sosial mediada paylaşmağın obsesiv kompulsiv bir meyl olduğunu və özünə inam əskikliyini aradan qaldırmanın bir yolu olaraq təyin edib.


Dərnək bu pozuqluğun 3 səviyyəsi olduğunu bildirib:


1 - Borderline selfitis : ( Sərhəddə ) Şəxsin öz şəkilini ən az gündə üç dəfə çəkməsi, amma sosial mediada paylaşmaması


2 - Acute selfitis : (İrəli səviyyədə ) Şəxsin öz şəkilini gündə ən az üç dəfə çəkməsi və hər birini gündə 3 dəfə sosial mediada paylaşması


3 - Chronic selfitis : ( Xroniki ) Nəzarət edilə bilməyəcək bir şəkildə şəxsin öz fotoşəkilini gecə-gündüz davamlı çəkməsi və gündə altı dəfədən çox bu şəkilləri sosial mediada paylaşması .


Bu xəstəliyin hələ bir müalicəsi yoxdur lakin idrak davranış terapiyası ilə müvəqqəti bir müalicə təmin edilə bilər.

Sizin Reklam Yeriniz