Əlaqə Arxiv
news Image
2014.04.07
13:39
| A A A
Göydələndə tetris oynadılar

Alexey Pajitnov 1984 -ci ildə bütün zamanların ən məşhur oyunlarından olan Tetrisi hazırlayanda bu oyunun necə məşhur olacağını böyük ehtimalla təxmin etməyib. Belə ki,  Tetris tarixinin ən maraqlı anlarından biri yaşanıb. Klassik oyunun 30-cu ad gününü qeyd edən Filadelfialılar , "Philly Tech Week" fəaliyyəti daxilində yerləşən bir göydələnin nəhəng cəbhəsində Tetris oynayıb.

Çira Centre adındakı 29 mərtəbəli binanın yola baxan tərəfində olan LED işıqlandırmaları , normal zamanlarda fərqli işıq tonlarını əks etdirir. Lakin şənbə günü gecəsi bu işıqlandırma , elektron nəzarət əmrinin köməyiylə nəhəng bir Tetris ekranına çevrilib.

Nəhəng ekranın hazırlanmasında vəzifə alan Drexel Universiteti Digital Media Professoru Frank Li , Tetrisin zəriflik və sadəliyin mükəmməl bir nümunəsi olduğunu , nəhəng ofis binasına belə bir ekran qurmağın virtual düşərgə atəşi yandırmağa bənzədiyini deyib. 


Həqiqətən də şəhərin hər yanından gələn vətəndaşlar , Tetrislə əyləncəli vaxt keçirmişə bənzəyir:

Sizin Reklam Yeriniz