Əlaqə Arxiv
news Image
2014.04.07
16:56
| A A A
Çarli Çaplini seks mühərrikinə oxşatdılar!

İddiaya görə Çarli Çaplin cinsi münasibəti sevən bir şəxs idi və yaşadığı müddətdə 2 min qadınla bərabər  olub.


Üstəlik yaşı olduqca kiçik olan qadınları seçən Çaplin o qadınlara olduqca kobud və təcavüzkar davranırdı.


Movqe.Az xəbər verir ki, Çarli Çaplin 88 illik həyatında 4 dəfə evlənsə də gənc qızlara hər zaman həddindən artıq maraq duyub.  O, ilk evliliyini 1918-ci ildə , 16 yaşındakı aktrisa Mildred Harris ilə edib. İki il davam edən evliliyin sonunda Mildred Harris , Çarlini tez hirslənən , səbirsiz və  ona axmaq kimi davranan biri olaraq xarakterizə edib.


Çarli Çaplin , ikinci evliliyini 15 yaşındakı Lita Qrey ilə edib. Daha doğrusu hamilə qoyduğu Qrey ilə evlənmək məcburiyyətində qalıb. İkinci yoldaşıyla da bədbəxt olan və onu " kiçik fahişə" olaraq xarakterizə edən Çaplin , buna baxmayaraq gecədə 6 dəfə münasibətdə olurdu. Lita Qrey bir şərhində , "O iyrənc meylləri olan bir seks maşınıdır" demişdi..


Çarlinin digər evlilikləri də problemli olub. Qısqanc və davamlı partnyorlarının sevgisini itirmə qorxusu yaşayan məşhur aktyor sadiq də deyildi. Peter Ackroydin yazdığı bioqrafiya , iki Oskar qazanmış olan Holivudun müzakirəsiz ulduzu Çarli Çaplinin həyatındakı bəzi nöqtələri müzakirəyə çıxaracaq kimi görünür.


Mütəxəssislər isə uşaqlığı problemli keçən Çarlinin şəxsiyyət pozuqluğu olduğunu iddia edirlər.



Salzburgda Psixoloq Alexander Grappmaier , Çaplinin uşaqlığının internatda keçdiyinə diqqət çəkir. Doğulduqdan qısa müddət sonra atası evdən ayrılan Çaplinin anası da yaşadığı depressiya səbəbiylə onunla çox maraqlanmayıb . Buna görə Çaplin , həmişə sevdiklərini  itirmə qorxusu yaşayıb.

Sizin Reklam Yeriniz