Əlaqə Arxiv
news Image
2014.04.09
13:00
| A A A
Snovdendən şok açıqlama!

Edvard Snovden elektron axtarış mühərrikləri  barəsində elə sözlər dedi ki, yenə bütün dünya narahat oldu.


ABŞ Milli Təhlükəsizlik Təşkilatı NSA-ın qlobal, kütləvi dinləmə və monitorinq proqramı haqqında Avropa Şurası Parlament Məclisinə məlumat verən Edvard Snovden yenə tükürpərdici ifadələr söyləyib. 


Avropa Şurası Parlament Məclisi Hüquq İşləri və İnsan Haqqları Komissiyası tərəfindən NSA-ın dinləmə və monitorinq proqramı haqqında gün ərzində Strasburqda təşkil etdiyi iclasa Moskvadan video konfransla daxil olan Snovden , Amerika kəşfiyyatının dünya daxilində heç bir qanuni zəmin və nəzarət olmadan fərd və qrupları izləməyə aldığını deyib.

 Snovden , elektron dinləmə və monitorinq əməliyyatları sayəsində fərdlərin siyasi fikirləri , coğrafi mövqeləri , cinsi seçimləri , şəxsiyyətləri , dostluq və iş əlaqələri, elektronik mühitdə buraxdıqları izlərin asanca təqibə alındığını qeyd edib. Özü də keçmiş NSA analitiki olan Snovden ,  heç bir cinayətə bulaşmamış kəslərin də təqibə alındığını bildirib.

Snovden , " Mesajlarınız heç bir icazə olmadan oxuna bilir. Mən şəxsən , fərdlər və qrupları izləmək üçün xüsusi alqoritmlər yaratdım " deyib.


Sizin Reklam Yeriniz