Əlaqə Arxiv
news Image
2014.04.09
18:23
| A A A
Yaddaşı gücləndirən formul

İsveçrədəki Basel Universitetindən elm adamlarının araşdırması, yaşıl çay əsasının beyin fəaliyyətlərini gücləndirdiyini göstərib.


Elm adamları həmçinin yaşıl çayın psixi pozuqluq səbəbiylə yaddaş itkisinə məruz qalanlarının müalicəsində də istifadə edilə biləcəyini deyib.


Araşdırmaya qatılanlardan bəzilərinə yaşıl çay əsasının olduğu  içki verilib və daha sonra bu kəslər yaddaş testinə məruz qalıb, beyin görüntüləri araşdırılıb. 


Movqe.Az xəbər verir ki, yaşıl çay içənlərin beynindəki parietal və ön prefrontal korteks hissələri arasındakı əlaqənin artdığı və bu kəslərin testlərdə daha müvəffəqiyyətli olduğu təyin olunub. 


Araşdırmanın nəticələri '"Psychopharmacology" jurnalında nümayiş olunub. 


Sizin Reklam Yeriniz