Çıxardığı prosessorlar ilə məşhurlaşan nəhəng şirkət Intel , öz 64 bit prosessorları ilə çalışan xüsusi Android 4.4.2 Kitkat versiyası üzərində işləyir.
Movqe.Az xəbər verir ki, "Mobil prosessor bazarında Qualcomm"un gerisində qalan təchizat nəhəngi İntel, bazarda güclənmək üçün öz Android versiyasını hazırladığını bildirib.
Bu uyğunsuzluğun Android 5.0 versiyası ilə aradan qaldırılması gözlənilir. Intel , öz 64 bit prosessorları ilə çalışan Android 4.4.2 Kitkat versiyasını hazırladığını söyləyib. Tamamlanmasına çox az qaldığı deyilən versiya , Haswell prosessorları da daxil olmaqla, İntelin 64 bit, bütün prosessorları ilə də çalışacaq.
Google təsdiqi gözlənilir
Android əməliyyat sisteminin özəlləşdirilmiş versiyalarının bazara çıxarılmazdan əvvəl Google tərəfindən təsdiqlənməsi lazımdır. Bu təsdiq sayəsində Google Play Store kimi həyati əhəmiyyət daşıyan xidmətlərə çata bilən cihazlar Android ekosistemini meydana gətirir. İntelin sistemi ehtimalla tamamlandığı anda Google tərəfindən təsdiqlənəcək və istehsalçılara təqdim ediləcək .