Əlaqə Arxiv
news Image
2014.04.10
16:15
| A A A
Google Glass can qurtardı!

"Google"ın test mərhələsindəki eynəyi haqqında müzakirələr davam edən bir vaxtda , yeni cihazın faydalı istifadə sahələri d ortaya çıxır.


"The Verge" saytının xəbərinə görə, Google Glass , ABŞ-ın Boston şəhərində yerləşən "Beth Israel Deaconnes Medical Center" Xəstəxanasında həyat qurtarıb. Ötən il yaşanan bir hadisəni izah edən xəstəxana həkimi Stivn Horng , yeni texnologiya sayəsində beyin qanaması olan bir xəstəni xilas etdiyini bildirib.


Movqe.Az xəbər verir ki, həkim , qanaxmanı dayandırmaq üçün istifadə olunan dərmanlara qarşı xəstənin allergiyası olduğunu bilirib, ancaq bu allergiyanın hansı dərmanlara qarşı olduğunu tam əmin deyildi. 


Tələsmək məcburiyyətində olan həkimin köməyinə xəstəxana tərəfindən verilən Google Glass yetişib. Eynək sayəsində xəstənin tibbi keçmişinə çox qısa müddətdə baxan həkim , istədiyi məlumatlara çataraq xəstənin vəziyyətini nəzarət altına almağı bacarıb.



Sizin Reklam Yeriniz