Əlaqə Arxiv
news Image
2014.04.10
16:40
| A A A
Facebook daha bir yenilik edir!
"Facebook"un mobil platformalarda edəcəyi yeni dəyişiklik çox istifadəçini hirsləndirə bilər. Bu dəfə Facebook, istifadəçilərin ən çox istifadə etdiyi xüsusi mesajlaşma xüsusiyyətini Facebook tətbiqindən qaldırmağı planlaşdırır. Movqe.Az xəbər verir ki, İstifadəçilər bunun əvəzinə artıq Facebook Messenger tətbiqini qurmaq məcburiyyətində qalacaq. Bu tətbiqi istifadə etməyənlər isə bu xüsusiyyətdən faydalana bilməyəcək. "Facebook"un veb dizaynında bu mövzuda dəyişiklik olmasa da, Android, Windows Phone və iOS platformalarında tezliklə bu dəyişikliyə keçiləcək. Facebook, bu hücumla Facebook Messenger istifadəsini artırmağı və xüsusi mesaj xüsusiyyətini ayrı bir tətbiq olaraq nümayiş etməyi düşünür.
Sizin Reklam Yeriniz