Əlaqə Arxiv
news Image
2014.04.11
12:18
| A A A
Marsdakı parlayan işıq Günəş şəfəqi çıxdı
ABŞ-ın Milli Aviasiya və Kosmos Dairəsinin ( NASA) Marsa göndərdiyi Curiosity adlı robot, yenə həyəcan yaradıb.


 Movqe.Az xəbər verir ki, Marsda həyat olub-olmamasını araşdıran "Curiosity"in 3 aprel 2014-cü ildə Yerə göndərdiyi fotoşəkillərdən birində parlayan işıq görülüb. 


Fotoşəkildəki parlayan nöqtə " Marslılarla tanışlıq" ümidini artırıb. Böyük bir qrup sözügedən görüntünün dünyadan olmayan canlılara aid olduğunu müdafiə edib. Digər bir qrupa görə parlaqlıq , Marsda yer altında həyat olduğunun sübutudur . Mars atmosferinin incə bir təbəqədən ibarət olduğunu , bundan ötəri Günəşdən gələn radioaktiv şüalarım qarşısını almadığını müdafiə edən bir qrup kosmos maraqlısı , Qırmızı planetdə torpaq altında həyat ola biləcəyini iddia edir. 


Lakin NASA-dan dünən edilən şərhdə "parlaqlığın bir yadplanetliyə aid olduğunu düşünmürük. "Curisosty"in göndərdiyi kadrlar arasında hər həftə əlimizə bu kimi parlaqlılar ehtiva edən kadrlar gəlir. Çəkiliş edilən sahənin uzaqlığında görünən parlaqlığın əslində günəş işığının bir qayaya əks olunması və ya kosmik işıqların kameraya düşməsi olduğunu düşünürük "deyilib.



Sizin Reklam Yeriniz