Hindistanın Çattişgar (Chhattisgarh) əyalətində yaşayan 12 yaşlı
siam əkizləri - Şivanat və Şivram qardaşları bütün dünyanın
təəccübünə səbəb olublar. Dörd qol və iki ayaq üzərində hərəkət
edən, ağciyər, beyin və ürəkləri ayrı, mədələri eyni olan əkizlər
sərbəst şəkildə məktəbə gedir, digər uşaqlar kimi
oynayırlar.
AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, əkizlər
bir-birindən ayrılmaq istəmirlər: "Biz ayrılmaq
istəmirik...Yaşlansaq da belə qalacağıq". Əkizlərin 45 yaşlı atası
Rac Kumar isə bildirib ki, övladları yağışlı havada yeriməkdə
çətinlik çəkirlər. Amma buna rəğmən ata da uşaqlarının bir-birindən
ayrılmasını istəmir: "Onların ayrılmasına külli miqdarda pul tələb
olunur. Mən də istəmirəm ki, Şivanat və Şivram ayrılsınlar. Allah
onları belə yaratdı və belə də qalacaqlar".
Dehli yaxınlığında yerləşən "Gurgaon" Tibbi Araşraşdırma
institutunun rəhbəri Krişhan Çuq isə bildirib ki, əməliyyat
olunsalar, əkizlərdən yalnız biri - Şivram normal həyat tərzi sürə
biləcək. Şivanat isə ayaqları olmadığından yataq xəstəsinə
çevriləcək.