Əlaqə Arxiv
news Image
2014.04.13
00:00
| A A A
Maykrosoftun məşhur fotosunun sirri açıldı

2001-ci ildə "Windows XP"nin əsas fon şəkli olan foto ilə əlaqədar çarx hazırlanıb.

 

Movqe.az axar.az-a istinadən xəbər verir ki, bu məlumatı ABŞ mətbuatı yayıb.

 

Çoxlarının fotoşopda (photoshop) müəyyən hazırlandığını düşündüyü şəkildə əslində heç bir effekt yoxdur. 1996-cı ildə Çarlz O Rear tərəfindən çəkilən foto fotoqrafın evinin arxasındakı sahədə çəkilib.

 

San Fransiskonun Şimalında şosenin 121-ci kilometrliyində yerləşən ərazidə çəkilən və "Bliss" adı verilən foto müəllifə çox böyük gəlir gətirib. "Nəşinal Qeoqrafik" jurnalının fotoqrafı (National Geographic) Napa Valley də 2010-cu ildə eyni ərazidə, eyni fotonu çəkib. Maykrasoft şirkəti bu foto üçün də müəllifə kifayət qədər çox məbləğ ödəyib.

 

Xatırladaq ki, aprelin 8-dən etibarən Maykrasoft şirkəti "Windows XP" sisteminin yenilənməsinə verdiyi dəstəyi dayandırıb. Bu isə o deməkdir ki, həmin sistemlə çalışan minlərlə bankomatlar, elektron ödəmə sistemlərinin fəaliyyəti iflic olacaq.

 

Fotoqraf Çarlz O Rearın fikirlərini bölüşdüyü videonu sizə təqdim edirik.

 


Sizin Reklam Yeriniz