Əlaqə Arxiv
news Image
2014.04.16
13:05
| A A A
Bu da "Amazon"un 3D telefonunun ilk fotoşəkili!

"Amazon"un uzun zamandır danışılan və ilin ortasında tanıdılması gözlənilən telefonunun ilk fotoşəkili internetdə yayımlanıb.


BGR tərəfindən yayımlanan fotoşəkildə cihazın ön tərəfində yerləşən beş ədəd kamera açıqca görülür. Cihazın arxa üzünü göstərən bir fotoşəkil hələlik yoxdur; lakin arxa üzdə də güclü daxili kamera yerləşdirilib.


3D görüntü effektləri yaratması gözlənilən "Amazon"un ağıllı telefonunun ön tərəfində künclərdə yerləşən sensorlar, əslində istifadəçilərin göz və baş hərəkətlərini izləyir. Beləcə ekrana gələn görüntü də hərəkətlərinizə görə təyin olunur və 3D görüntü efekti yaradılmağa çalışılır. 


"BGR"in hesabatına görə 4.7 düymlük bir ekrana sahib olan cihaz 720p ekran dəqiqliyinə malikdir və Qualcomm Snapdragon prosessorundan güc alır. Cihaz, həblərində olduğu kimi özünə xas Android versiyasını istifadə edir.

Sizin Reklam Yeriniz