Əlaqə Arxiv
news Image
2014.04.16
16:23
| A A A
Leqo telefonlar gəlir!

Google gələn il bazara çıxarmağa hazırlaşdığı telefonlarının dizaynlarını əks etdirən fotoları paylaşıb. Telefonun hissələri istifadəçinin istəyinə görə dəyişə bilir.


Movqe.Az xəbər verir ki, "Lego" telefon yanvarda satışa çıxacaq.


Telefon, Android əməliyyat sistemiylə çalışacaq və istifadəçinin ehtiyacına görə əsas çərçivəyə taxılıb-çıxarıla bilən modullardan meydana gələcək. 


Bu il iyul və sentyabr aylarında reallaşacaq inkişaf etdirici konfranslardan sonra telefonun 2015-ci ilin yanvarında bazara çıxarılması gözlənilir.



Bazara çıxacaq telefonun başlanğıc dəsti qiymətinin 50 dollar olacağı deyilib. Ancaq telefonun son satış qiymətinin nə olacağı hələlik müəyyən deyil.



Sizin Reklam Yeriniz