Əlaqə Arxiv
news Image
2014.04.17
12:48
| A A A
2071-ci ili bele qeyd etdilər
Nepal, 2071-ci ili müxtəlif rəng çalarlarıyla qeyd edib. Movqe.Az xəbər verir ki, orta əsrlərdə Hindistandan Nepala köç etdiyi deyilən Hindli Kral Vikramaditya tərəfindən yaradılan Vikram Samvat təqviminin əsasa alındığı Nepaldakı Sindoor Jatra adı verilən yeni il mərasimləri rəngli görüntülərin yaranmasına səbəb olub . Bütün hökumət təşkilatları, özəl şirkətlər və məktəblər rəsmi tətilə girib. Bhaktapur şəhərində reallaşan mərasimlərdə Nepallı uşaqlar ətrafa qırmızı rəngli toz şəklində bir boya olan Sindoor saçıb. Festivala qatılan Nepallılar saçılan tozlardan qıp-qırmızı olub. Ölkədə yeni il, partiya təşkilatlarıyla otellərdə və restoranlarda da qeyd olunub. Vikram Samvat təqvimini istifadə edən cənub-şərqi Asiyadakı Bengal bölgəsi, Kamboca, Laos, Myanma, Şri Lanka və Taylandda da yeni ilin qeyd olunduğu deyilib. 
Sizin Reklam Yeriniz