Əlaqə Arxiv
news Image
2014.04.17
13:04
| A A A
Ukrayna tərəfdarları öldürülür!

Movqe.Az xəbər verir ki, Ukrayna Daxili İşlər naziri Arsen Avakov , dünən gecə ölkənin cənub-şərqindəki Mariupol şəhərində , şəxsiyyəti naməlum silahlı şəxslər tərəfindən hərbi birliyə edilən hücum əsnasında , təcavüzkarların 3-ün öldürüldüyünü , 13 təcavüzkarın isə yaralandığını qeyd edib.


Daxili İşlər naziri Arsen Avakov , sosial paylaşma saytı vasitəsilə etdiyi şərhdə , dünən gecə 300-ə yaxın şəxsiyyəti naməlum silahlı qrupun Mariupoldakı hərbi birliyə hücum təşkil etdiyini  , bu hücum zamanı silahlı qüvvələr və təcavüzkarlar arasında qarşıdurma yarandığını deyib.


Avakov , bu çərçivədə təhlükəsizlik vahidləri və Milli Keşikçilər Birliyi tərəfindən söz mövzusu təcavüzkarların təsirsiz hala gətirilməsilə bağlı təşkil edilən əməliyyatda bəzi təcavüzkarların təsirsiz hala gətirildiyini qeyd edərək ,  təcavüzkarların bəzilərinin tutulmas ilə bağlı əməliyyatların davam etdiyini vurğulayıb.



Sizin Reklam Yeriniz