Əlaqə Arxiv
news Image
2012.06.22
12:42
| A A A
“Twitter” çökdü

Movqe.az xəbər verir ki, sosial şəbəkə olan "Twitter" 1 saatlıq fəaliyyətini dayandırıb. "Twitter"in San Fransiskodakı mərkəzindən Bakı vaxtilə 21.30-da açıqlama verilib. Rəsmilərin sözlərinə görə "Twitter"də problem yaşansa da qısa müddətdə aradan qaldırılıb. Xatırladaq ki, 2006-cı ildə yaradılan "Twitter" sosial şəbəkəsinin ilk illərində də tez-tez belə problemlər olub. O  vaxtdan bəri şirkət hər nə qədər sistemin etibarlılığı üçün sərmayə qoysa da gündə 400 milyon tvit atılan sosial şəbəkə sistemində hələ də problemlər yaşana bilir.

Sizin Reklam Yeriniz