Əlaqə Arxiv
news Image
2014.04.18
20:15
| A A A
Mədəsindən qızıl çıxdı

Hindistanda qusma və qəbizlik şikayətiylə xəstəxanaya qaldırılan bir iş adamının mədəsindən qızıl çubuqlar çıxarılıb. 

Movqe.Az BBC-yə istinadən xəbər verir ki,, 63 yaşındakı iş adamı, həkimlərə arvadıyla dalaşdıqdan sonra şüşə qapağı udduğunu söyləyib, ancaq edilən əməliyyatda adamın mədəsindən təxminən 400 qram ağırlığında 12 qızıl çubuğu çıxarılıb. 


Əməliyyatın 9 Apreldə edildiyi, polis və gömrük səlahiyyətlilərinin, iş adamını sorğuladığı və qızıl çubuqlara əl qoyduğu deyilib. 

Yeni Delhi Sir Ganga Ram Xəstəxanası cərrahlarından Dr CS Ramaçandran, bir dəfə bir xəstədən bir kiloqram ağırlığında məsanə daşı çıxardığını , lakin həyatında heç belə bir vəziyyətlə qarşılaşmadığını söyləyib. 


Əməliyyatın üç saat davam etdiyi, iş adamının, keçmişdə dörd mədə əməliyyatı keçirdiyi və şəkər xəstəsi olduğu qeyd edilib.

Sizin Reklam Yeriniz